Saytın nəzarətçisinə ağır cəza verildi   -Səbəb isə... Foto

Saytın nəzarətçisinə ağır cəza verildi -Səbəb isə... Foto

Hazırda oxunan: Saytın nəzarətçisinə ağır cəza verildi -Səbəb isə... Foto

78928
Cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakı Apellyasiya məhkəməsində Abşeron rayon sakini Pərviz Abbasquliyevin (1982-ci il təv.) CM-nin 126.3-ci (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 

Moderator.Az oxu.az-a istinadən xəbər verir ki, 2013-cü il sentyabrın 2-nə keçən gecə Sumqayıt ş.sakini Vüsal Cəfərov qapalı kəllə-beyin xəsarəti ilə şəhər xəstəxanasına çatdırılıb, lakin həkimlərin müdaxiləsinə baxmayaraq səhərisi gün saat 15 radələrində keçinib. Sumqayıt ş. Polis İdarəsi 1-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində gecə saat 1 radələrində Bakı ş. "20 Yanvar" metrostansiyasının yaxınlığındakı kafenin həyətində V. Cəfərovun P.Abbasquliyev tərəfindən münaqişə zəminində döyülməsi müəyyən edilib və o, yaşadığı Masazır qəsəbəsində saxlanılıb.

İstintaqla müəyyən edilib ki, P.Abbasquliyev təxminən 3 il əvvəl "wap.tele.az" mobil internet saytından qeydiyyatdan keçıb və həmin saytın qurucusu Abbas tərəfindən ona administratorluq verilib. Administrator kimi sayta nəzarət edərək, ümumi və digər otağlarda (çatda) söyüş söymək və ya söyüş xarakterli sözdən istifadə, başqa səhifələri reklam etmə qadağan edildiyindən həmin qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq edib, bəzən isə xəbərdarlıq etmədən qısa müddətli blok qoyub və ya üzvlüyü ləğv edib.

2013-cü ilin avqust ayında catda ümumi xarakterli nəlayiq sözlər yazmasına görə Pərviz Vüsalı saytdan kənarlaşdıraraq, istifadəsinə qadağa qoyub, bununla əlaqədar telefon danışığı zamanı Cəfərov onu söyərək, aralarında yaranmış mübahisənı aydınlaşdırmaq üçün görüşməyi təklif edib və ondan Sumqayıta gəlməsini tələb edib. Lakin Abbasquliyev onu "20 yanvar" metrostansiyasının yaxınlığında gözləyəcəyini bildirib, beləliklə gecə saat 00.30 radələrində onlar M.Həsənov küçəsində yerləşən "Yaşıl bağça" kafesinin həyətində görüşüblər. Əlbəyaxa dava zamanı Pərviz Vüsala çoxsayı zərbələr endirib, həmçinin sol əl barmağına taxılmış üzüklə küt alət kimi qəsdən, həyat üçün əhəmiyyətli orqan olan başın sağ gicgah nahiyyəsinə zərbə endirərək sonunsuya kəllə-beyin travması kimi ağır xəsarət yetirib.Davadan sonra Pərviz dostu Pərvinlə yaşadığı Masazır qəsəbəsinə yollanıb, həmin gecə onu Sumqayıt ş. 1-ci polis bölməsinə dəvət ediblər, orda ona məlum olub ki Cəfərov xəstəxanada dünyasını dəyişib.

Sentyabrın 5-də iş üzrə ibtidai istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə həvalə olunub. Sumqayıt ş. prokurorluğu tərəfindən CM-nin 126.3-cü maddəsi ilə başlanan cinayət işi CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib. 

Məhkəmə prosesində Abbasquliyev ittiham üzrə özünü təqsirli bilməyib. O ifadəsində göstərib ki, Cəfərovla dalaşarkən onun əlində hər hansı alət, həmçinin üzük olmayıb və Vüsalın dalaşma zamanı yetirilən xəsarətdən deyil, ola bilər ki daha sonra yıxılma nəticəsində, yaxud digər şəxslərələ dava zamanı başından aldığı travmadan öldüyünü bildirib. 

Zərərçəkən Səfiyar Cəfərov bildirib ki, hüzr yerində xatırlamadığı şəxs televiziyada Vüsalı vuran şəxsin Pərviz Abbasquliyev olduöunu deyib. 
Onun sözlərinə görə, həmin gecə Vüsal evə gələrəb, bir söz demədən öz otağına keçib, 5 dəqiqə sonra oğluna baxmaq üçün yanına getdikdə, onun mələfəni başına çəkdiyini, mələfəni qaldırdıqda isə alnının sol tərəfində və hər iki qolunda göyərtilər görüb. Sonra onu xəstəxanaya aparıblar, amma səhərisi gün Vüsal aldığı kəllə-beyin travmasından ölüb. Zərərçəkən oğlunun ölümündə Abbasquliyevi günahlandırıb və məhkəmədən ona sərt cəza təyin olunmasını xahiş edib.

Məhkəmə qərara gəlib ki, təqsirləndirilən şəxsin əməli istintaq orqanı tərəfindən düzgün qiymətləndirilməyib və hesab edib ki, ona CM-nin 120.1-ci maddəsi ilə verilmiş ittiham CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) tövsif olumalıdır. 

Bakı Ağır cinayətlər məhkəməsinin hökmü ilə P.Abbasquliyev 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

Hökmdən narazı qalan tərəflər apellyasiya şikayətləri, dövlət ittihamçısı isə protest veriblər. 

Bakı Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO