Moderator.az xəbər verir ki, vəkil Vamiq Şükürov Azərbaycanda türk müğənnilərinin konsertlərinin təşkilatçısı kimi məhşurlaşan Nahid Emiloğlunu məhkəməyə versə də şikayətinə baxan olmadığına etiraz edir:
"Sizdən xahiş edirəm. Bu məsələni mətbuatda işıqlandırın. Konsertlər təşkilatçısı Nahid Emiloğlu müdaifə etdiyim vətəndaşın başına oyun açıb. Vəkili olduğum Ramin İbadov Nahid Emiloğlunun təşkilatçılığı ilə Türk müğənni Rafet El Romanın Bakıda konsert verəcəyini öyrənir. Nahiddən 2000 manat məbləğində 10 ədəd bilet alır. Nahid konserti bir neçə dəfə təxirə salır. Lakin konsert keçirilmir. Hər dəfə pulun qaytarılmasını tələb etdikdə gah konsert keçirəcəyini, gah pulu alıb verəcəyini bildirən Nahid əslində yüzlərlə vətəndaşın pulunu bu cür yolla mənimsəyib. Bu adam məhkəməni, prokurorluğu və polisi də saymır. Dəfələrlə şikayət etməyimizə baxmayaraq şikayətimizə baxan yoxdur".



































































































