Azərbaycanlı “vorzakon”un görüntüləri yayıldı -  VİDEO

Azərbaycanlı “vorzakon”un görüntüləri yayıldı - VİDEO

Hazırda oxunan: Azərbaycanlı “vorzakon”un görüntüləri yayıldı - VİDEO

61164
Rusiyada azərbaycanlı iş adamlarını oğurlayan, qətllər həyata keçirən reket bandasının dəstə üzvlərinin görüntüləri yayılıb.

“Qafqazinfo” Rusiya kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, azərbaycanlılardan ibarət cinayət dəstənin rəhbəri olan kriminal aləmdə “Zayka” kimi tanınan Zaur Əliyev “qanuni oğru” olmadığını və daha əvvəl Azərbaycanda məhkum olduğunu bildirib. 

Xatırladaq ki, bu günlərdə otellərdən birinin bilyard zalında keçirilən əməliyyat zamanı azərbaycanlılardan ibarət bandanın beş nəfər üzvü, o cümlədən cinayətkar qruplaşmanın “Zayka” ləqəbli rəhbəri yaxalanmışdı. 

Yaxalanarkən banda rəhbərinin üzərindən İJ tapançası və patronlar götürülmüşdü.

Rusiya mətbuatı cinayətkar dəstənin azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin qruplaşmasının liderlərindən birini öldürdüklərini, həmçinin “Zayka”nın bandasının R.Lənkəranskiyə rəqib qruplaşmaya daxil olduğu bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO