Məhəmməd Bağırov həbsdə qaldı...

Məhəmməd Bağırov həbsdə qaldı...

Hazırda oxunan: Məhəmməd Bağırov həbsdə qaldı...

58713
Moderator.az xəbər verir ki, bir neçə gün öncə baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 3 maddəsiylə ittiham olunaraq barəsində həbs qətimkan tədbiri seçilən Kəlbəcər Rayon Təhsil Şöbəsinin keçmiş müdiri Məhəmməd Bağırovun apellyasiya şikayəti təmin edilməyib. 
Belə ki, təqsirləndirilən şəxsin vəkilinin M. Bağırov barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi, onun ev dustaqlığına buraxılması ilə bağlı apellyasiya şikayəti təmin edilməyib. 

Qeyd edək ki, keçmiş şöbə müdiri CM-nin 3 maddəsiylə-308.2, 179.3.2 və 313-cü maddələriylə təqsirli bilinir. Maraqlıdır ki, onunla bağlı cinayət işi bir neçə ay öncə qaldırılsa da yalnız bu günlərdə barəsində həbs qətimkan tədbiri seçilməsi çoxsaylı söz-söhbətlərə yol açıb.
 Eyni zamanda həbsin üstündən 10 gündən artıq vaxt keçməsinə baxmayaraq Baş Prokurorluq hələ də bu barədə rəsmi açıqlama yaymayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO