Bakıda məmurun bacısı bıçaqlandı

Bakıda məmurun bacısı bıçaqlandı

Hazırda oxunan: Bakıda məmurun bacısı bıçaqlandı

57573
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sektor müdirinin bacısı həyat yoldaşı tərəfindən bıçaqlanıb.
 
Bu barədə Axar.az bıçaqlanan şəxsin yaxın qohumları məlumat veriblər. 

Belə ki, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəsilə Möhsümovanın bacısı Təzəgül Möhsümova vətəndaş nikahında olduğu Xanlar adlı şəxs tərəfindən bıçaqlanıb.

Mənbə qeyd edir ki, T.Möhsümovaya 5 bıçaq zərbəsi dəyib. Hadisə ailə münaqişəsi zəminində baş verib. Hadisədən sonra ağır yaralı olan T.Möhsümova 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hazırda yaralının durumunun stabilləşdiyi qeyd edilir.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır. 

Qeyd edək ki, T.Möhsümova onu bıçaqlayan Xanlar adlı şəxslə 8 ildir vətəndaş nikahında yaşayır. Övladları yoxdur. 
- See more at: //axar.az/news/31548#sthash.TDsdjTB0.dpuf
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO