Qusarda polis ayağa qalxdı

Qusarda polis ayağa qalxdı

Hazırda oxunan: Qusarda polis ayağa qalxdı

36523
Qusar rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Moderator.az-ın ANS PRES-ə istinadən  verdiyi məlumata görə, qəza Yeni Düztahircal kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1980-ci il təvəllüdlü Finaddin Ağabəyov naməlum avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən qaçıb. Hadisə şahidləri xəsarət alan F.Ağabəyovu Qusar Mərkəzi rayon Xəstəxanasına çatdırıblar. Yaralının vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Piyadanı vuraraq ölümcül yaralayan sürücü polis tərəfindən axtarılır.

Qeyd edək ki, faktla bağlı Qusar rayon polis şöbəsinin müstəntiqi Rəfail Tağıyev ANS PRESS-in bölgə müxbirinə ətraflı məlumat verməkdən imtina edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO