“Bandotdel” generalın qohumlarını həbs edib -EKSKLÜZİV

“Bandotdel” generalın qohumlarını həbs edib -EKSKLÜZİV

Hazırda oxunan: “Bandotdel” generalın qohumlarını həbs edib -EKSKLÜZİV

33488

 Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bu yaxınlarda bir qrup gənci həbs edib. İctimaiyyətdən gizlin saxlanılan bu həbsin şok təfərrüatları Moderator.az-a daxil olub. Belə ki, “bandotdel” tərəfindən həbs edilən 4 nəfər gəncdən ikisi Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi general Bəylər Eyyubovun yaxın qohumlarıdır.
 Saytımızın araşdırmasına görə, generalın bacısı oğlu Osman İsayev, onun əmisi oğlu Rauf İsayev və daha iki gəncin həbsi ilə bağlı istintaq prosesi də artıq yekunlaşıb. 4 nəfər gəncin həbsinə səbəb isə “Yeni Həyat” yaşayış binasında Osman İsayevin liftdə bir nəfərlə mübahisə etməsi olub. Gənclər arasında mübahisə onların bir-birinə əl qaldırması ilə nəticələnib. Ortada heç bir xəsarətin, şikayətin və uzunmüddətli ictimai qaydanın pozuntusu olmasa da “bandotdel” generalın qohumunu və mübahisənin sonunda oraya gələn daha 3 nəfəri həbs edib. Araşdırmamız zamanı o da bəlli olub ki, həbs edilən gənclərin heç bir günahı yoxdur.
Bəylər Eyyubovun qohumunu müdafiə etməməsi isə istintaqın qərəzli aparılması ilə nəticələnib. Belə ki, generala yanlış məlumat verərək, guya qohumlarının xuliqanlıq etdiyi bildirilib. Halbu ki, istintaqda bu sübuta yetirilməyib.
Artıq Xətai Rayon Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə həbs edilən 4 gəncin məhkəmə prosesi keçirilib.
Onu da qeyd edək ki, məhkəmə 40 ”“yaxın məhkəmə nəzarətçilərinin və 30 polis əməkdaşının nəzarəti altında keçirilib.
Prosesi izləmək istəyən əməkdaşımız polis və nəzarətçilər tərəfindən məhkəməyə buraxılmayıb. 
Prosesi izləmək hüququmuzun olduğunu hakim Habil Məmmədovun nəzərinə çatdırsaq da o buna məhəl qoymayıb. 
 Son prosesdə isə hakim həbs edilənləri son söz versə də gənclər hələ buna hazır olmadıqlarını deyib. Proses qeyri-müəyyən vaxta təxirə salınıb. Həbs edilənlərin yaxınları əməkdaşımıza bildirib ki, ortada zərərçəkən şəxs yoxdur. İlkin məhkəmə prosesində istintaqın zərərçəkən kimi tanıdığı adam şikayətçi olmadığını bildirib. Ancaq məhkəmə buna məhəl qoymur. İndiyədək verilən vəsatətlərin heç birini qəbul etməyib. Tutulanların yaxınları onu da qeyd edib ki, gənclərə “bandotdel”də dəhşətli işgəncələr verilib.
Qeyd edək ki, həbs edilən gənclər Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsi ilə ittiham olunurlar.

Vüsal Naxçıvanlı 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO