Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Binəqədi
rayonunun sabiq prokuroru Mirələkbər Seyidovun cinayət işi üzrə məhkəmə prosesi
başa çatıb.
APA-nın məlumatına görə, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə
təqsirləndirilən M. Seyidov 2 il sınaq müddəti olmaqla 7 il şərti cəzaya məhkum
edilib.
Qeyd edək ki, M. Seyidov hazırda Fransada yaşayan fəaliyyəti dayandırılmış
Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin şikayəti
əsasında məsuliyyətə cəlb edilib. İbtidai istintaq zamanı onun barəsində həbs
qətimkan tədbiri seçilməyib, o istintaq başa çatanadək zamində qalıb.
Ötən ilin noyabrında mətbuatda M. Seyidovun məsuliyyətə cəlb edilməsi barədə
məlumatlar yayılsa da, bu fakt Baş Prokurorluq tərəfindən təkzib edilib.
Bu günə kimi M. Seyidovun məsuliyyətə cəlb edilməsi barədə heç bir rəsmi
açıqlama verilməyib.
Onu da qeyd edək ki, M. Seyidov E. Abdullayevin tələbə yoldaşı olub.
- A-
- A
- A+
Kriminal
16:37 / 15.07.2013
Elşad Abdullayevin şikayət etdiyi sabiq prokurora 7 il cəza
Hazırda oxunan: Elşad Abdullayevin şikayət etdiyi sabiq prokurora 7 il cəza
Hazırda oxunan: Elşad Abdullayevin şikayət etdiyi sabiq prokurora 7 il cəza
30783
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































