Azərbaycanlı “qanuni oğru”nun titulunu almaq istəyirlər

Azərbaycanlı “qanuni oğru”nun titulunu almaq istəyirlər

Hazırda oxunan: Azərbaycanlı “qanuni oğru”nun titulunu almaq istəyirlər

30410
Bu ilin yanvar ayının 16-da Moskvada öldürülən Rusiya kriminal aləminin “xaç atası” Aslan Usoyan (“Ded Xasan”) tərəfdarları yenidən hərəkətə keçiblər. “Ded” in taxt-tacına tam mənada sahib çıxa bilməyən klan dağınıq halda da olsa Rusiya kriminalına təsir güclərini saxlamaq niyyətindədirlər. Ona görə də müxtəlif ölkələrdə tez-tez “oğru toplantısı” (“sxodka”)keçirən “Ded” tərəfdarları sıralarını möhkəmləndirirlər. Amma bununla yanaşı başqa bir proses də gedir: klana dönük olanların cəzalandırılması.

Məlumdur ki, Usoyanın sağlığında onun klanında əsas söz sahiblərindən biri də azərbaycanlı “qanuni oğrular” idi. Rusiya mətbuatı yazır ki, “Ded”in qətlindən sonra azərbaycanlı avtoritetlər (“Sumqayıtlı Arif”, “Gürcüstanlı Vaqif”, “Qoca”, “Yasamallı Yunus”, Baxış Əliyev (“Vaxa”) və başqalarının bu klana daxil olduğu bildirilirdi) bu klandan uzaqlaşıblar. Onların sırasında isə Əlibala Həmidovun (“Yasamallı Qoca”)adı çəkilir. Rusiyanın primecreime.ru saytı yazır ki, bu yaxınlarda həm “Ded”,həm də onların əleyhinə olan gürcü qruplaşmaları Yunanıstanda bir-birinin ardınca bir neçə “sxodka” keçiriblər.  

58 yaşlı “qanuni oğru”, Kutaisidə doğulmasına baxmayaraq, “Ded Xasan”ın klanına daxil olan Dato Sebiskberidze 3 gürcü və bir azərbaycanlını taclandırıb. Bunun ardınca 56 yaşlı Tbilisidən olan Vaja Biqanişvili birdən-birə 9 nəfəri “oğru” elan edib: Paata, Mumuka, Nodar, Qiqu, İşxan, İrakli, Datio, Zviad və Zurik. Bu “sxodka”da Vajaya dəstək verənlər arasında Qiya Samtredski, Çiro Qalski və “Qoca Yasamallı” da olub.
“Qoca”nın bu “sxodka”da iştirakı “Ded” tərəfdarlarının narazılığına səbəb olub. Belə ki, bəzi “qanuni oğru”lar onun “Ded Xasan”ın ölümündən sonra onun qatı düşməni elan edilən azərbaycanlı “qanuni oğru” Rövşən Canıyevin (“Lənkəranski”) nüfuz dairəsinə daxil olmasını bağışlaya bilmirlər. Saytın iddiasına görə, Azərbaycandan olan bəzi “qanuni oğru”ların da iştirakı ilə (onların adı çəkilmir) belə bir qərar verilib ki, “Qoca”nın iştirak etdiyi “sxodka”ların nəticələri tanınmır və ondan “tac” alanlar “oğru” hesab edilmir.

Məlumata görə, artıq “Ded Xasan” klanı “Qoca”nın özünü tamamilə kənarlaşdırmaq üçün səylərini səfərbər edib.  

“Ded” klanında yer alan “Qoca” ilə “Rövşən Lənkəranski” arasında uzun müddət həqiqətən də münasibətlər gərgin olub. Hətta belə məlumatlarda vardı ki, 2012-ci ilin noyabrında “Ded Xasan”ın rəhbərlik etdiyi “sxodka” da R.Canıyevin “oğru” adının alınması ilə bağlı qərarı Azərbaycan həbsxanalarına göndərilməsini (“praqon”) “Qoca” boynuna götürüb. Məlumat üçün deyək ki, kriminal aləmdə “Qoca” ləqəbi ilə tanınan Əlibala Həmidov ilk dəfə Azərbaycanda 1992-ci ildə adam öldürdüyünə görə 14 il azadlıqdan məhrum edilib və 2000-ci ildə azadlığa çıxıb. Bundan sonra Moskvaya gedib. Rusiyada da bir neçə dəfə həbs edilib.

Qeyd edək ki, bir müddət əvvəl “Lənkəranski”nin Dubayda olduğu və onunla bərabər, “qanuni oğru” “Yasamallı Qoca”nın da olduğu barədə xəbərlər yayılmışdı. O zaman bu mövzudan yazarkən qeyd etmişdik ki, “Ded Xasan”dan sonra kriminal aləmdə yaranmış çalxalanmada tərəf seçmək mərhələsi gəlib və ən nüfuzlu azərbaycanlı “qanuni oğru”lar “Lənkəranski”nin yanında yer alıblar.  

Bu xəbərlər də təsdiq edir ki, azərbaycanlı avtoritetlərin “Lənkəranski”nin ətrafında toplaşması prosesi “Ded” klanını ciddi narahat edir. “Qoca”nın “oğru” adının alınması üçün başlanan proses bunu təsdiq edir.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO