Gömrükçülər avtomobildə gizlədilən siqaretlər aşkarladılar

Gömrükçülər avtomobildə gizlədilən siqaretlər aşkarladılar

Hazırda oxunan: Gömrükçülər avtomobildə gizlədilən siqaretlər aşkarladılar

245095
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi avtomobillə gələn Azərbaycan vətəndaşı saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Moderator.az-a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi "VAZ 21074" markalı avtomobildə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin sağ və sol qanadlarının içində və panelində 5600 ədəd "King" markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO