MTN polkovnikinin cəzası AZALDILDI

MTN polkovnikinin cəzası AZALDILDI

Hazırda oxunan: MTN polkovnikinin cəzası AZALDILDI

243814

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi olmuş polkovnik Elcan Abdullayevin kassasiya şikayətinə baxılıb.

 

Sfera.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ali Məhkəmə məhkum haqda əvvəlki qərarı dəyişib.

 

Qərara əsasən, keçmiş MTN-çinin cəzası 5 ildən 4 ilə endirilib.

 

E.Abdullayev 1 il 4 aydır həbsdədir, sonuncu qərarla onun 2 il 8 ay çəkilməmiş cəzası qalıb.

 

Qeyd edək ki, məhkum Abdullayev MTN-in Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin rəisi Nizami Şirinovla birgə cinayət məsuliyyətinə cəlb edilib. O, vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinib. İbtidai istintaq müddətində azadlıqda olan Abdullayev Bakı Hərbi Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi cəzanı 5 ilə endirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO