Atasını baltalayan oğula ağır cəza -  FOTO

Atasını baltalayan oğula ağır cəza - FOTO

Hazırda oxunan: Atasını baltalayan oğula ağır cəza - FOTO

220203
Bakı Ağır Cinayətlər Məhkəməsində 1971-ci il təvəllüdlü Qadir Cahangirovun Cinayət Məcələsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.xa0

Qətl ötən il sentyabrın 3-də Şamaxı şəhəri, Vəli Məmmədov küçəsi, 52 saylı evdə baş verib.xa0

Belə ki, Qadir Cahangirov ailə münaqişəsi zəminində atası, 1947-ci il təvəllüdlü Arif Cahangirova balta ilə zərbələr vuraraq, onu ağır yaralayıb. Daha sonra, o həmin alətlə özünün də baş nahiyəsinə xəsarət yetirib.

Ata-oğul Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılsalar da, Arif Cahangirov keçinib. Spirtli içkilərin aludəçisi olan Q.Cahangirovun hadisə zamanı sərxoş vəziyyətdə olması məlum olub.xa0

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.(oxu.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO