Türkiyədə Kastamonu Universitetində təhsil alan 8 azərbaycanlı tələbə saxlanılıb.
Moderator.az qafqazinfo-ya istinadən xəbər verir ki, saxlanılan yuxarı kurs tələbələri universitetə yeni gələn azərbaycanlı tələbələri hədələyərək pullarını və dəyərli əşyalarını ələ keçirməkdə ittiham edilirlər.
Onların sonuncu dəfə bir azərbaycanlı tələbənin evinə girdiyi, barmaqlarını qıraraq kompüterini və fotoapartını götürdüyü bildirilir.
Kastamonu Polis İdarəsi saxlanılan tələbələrin ad və soyadının baş hərflərinin E.E., F.A., N.A., R.A., M.Y., S.M., H.A. və S.R. olduğunu açıqlayıb.
Hazırda faktla cinayət işi açılıb. Araşdırma aparılır.







































































































