Vəsahid Məlikov məsuliyyətdən yayına biləcəkmi?  - Baş Prokurora Müraciət...

Vəsahid Məlikov məsuliyyətdən yayına biləcəkmi? - Baş Prokurora Müraciət...

Hazırda oxunan: Vəsahid Məlikov məsuliyyətdən yayına biləcəkmi? - Baş Prokurora Müraciət...

193018
Bakıda onlarla şəxsin etibardan sui-istifadə edərək torpaq satmaq adı ilə vətəndaşların külli miqdarda vəsaitini mənimsəmiş Vəsahid Məlikovun dələduzluq əməlininxa0 üstü açıldıqca onun həbs olunma təhlükəsi gündən-günə artır. Ayrı-ayrı vətəndaşlara həyətyanı torpaq sahələri “satmaq”x9dla külli miqdarda vəsaiti mənimsəmiş bu şəxsin qanunsuz əməllərindən zərər çəkənlərin sırası genişlənir. Bakı və Abşeron kəndlərində “torpaq dəllalı”x9d kimi ad çıxarmış Vəsahid Məlikovun yalançı vədlərinin güdazına gedənlərin sayının çoxalması vəziyyəti bir qədər də qəlizləşdirir. Məsələ o dərəcədə ciddidir ki, polis orqanlarına şikayət edən zərərçəkənlər onun həbs olunmadığını, pullarının geri qaytarılmadığını görüb prokurorluq orqanlarına da üz tutmağa başlayıb.

Moderator.az Koordinat.az-a iastinadən xəbər verir ki, həmin şikayət məktublarında Vəsahid Məlikov Bakıətrafı ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlarını guya, uzunmüddətli icarəyə vermək adı ilə vətəndaşlara “satmasından, külli miqdarda vəsaitin mənimsənilməsindən bəhs edilir. Onun müştərilərinə verdiyi və natorial qaydada təsdiq olunmuş sənədlərdə bildirilir ki, həmin torpaqlarda biznes fəaliyyəti ilə məşğul olmağa, fərdi ev tikmək icazə verilir. Natorial qaydada təsdiq olunmuş sənədlərə əsaslanaraq Vəsaid Məlikova inanlardan biri də Masallı rayon sakini Pərviz Mehtiyevdir. O da Vəsahid Məlikovun toruna düşmüş digər zərərçəkənlər kimi mənimsənilmiş pullarının geri alınması üçün hüquq-mühafizə orqanlarından, ölkə rəhbərliyindən kömək istəyir.
Artıq torpaq dəllalı tərəfindən aldadıldığına əmin olan Pərviz Mehtiyev son ümidini Baş prokuror Zakir Qaralova bağlayıb. O ümid edir ki, Baş prokuror onlarla vətəndaşı aldadaraq külli miqdarda pulunu mənimsəmiş torpaq dəllalının qanunsuz hərəkətlərinə ədalət məhkəməsində hüquqi qiymət verilməsi üçün müvafiq göstəriş verəcək. Elə bu inamla da Pərviz Mehtiyev torpaq dəllalının dələduzluq əməlləri barədə Baş prokuror Zakir Qaralova və Bakı şəhər prokuroru İlqar Abbasova rəsmi qaydada müraciət edib.

Zərərçəkən yazır ki, qonşuları Vəsahid Məlikov onun və artıq dünyasını dəyişmiş atası Vidadi Mehtiyevin etibarından sui-istifadə edərək ata-oğula qarşı dələduzluq edib: “Atam 1,2 hektar torpaq sahəsi almaq istəyirdi. Qonşumuz olan Vəsahid Məlikov özü bu vasitəçilik işləri ilə məşğul olduğunu və böyük vəzifəli şəxslərlə tanış olduğunu söylədi. Torpağın 1 sotunu bizə çox ucuz qiyməyə, yəni 500 manata özəlləşdirəcəyini dedi. Qonşumuz olduğu üçün, həm də özü həmişə rəsmi göründüyü üçün atamla ona etibar edərək inanmışıq. Vəsahid bildirdi ki, torpağı özəlləşdirməyə başlamaq üçün ona avans pul lazımdır. Mən də atamla ona təxminən 2015-ci il oktyabrında 3 dəfə ona pul vermişik. Oktyabrın 4-də 25 000 manat, oktyabrın 7-də 7500 manat, oktyabrın 25-də isə 500 manat ödəmişik. Bu faktı təsdiqləyən Vəsahid Məlikoun əlyazması da var. Bununla da ümumi olaraq ona 37 500 manat məbləğində pul ödəmişik”x9d.xa0

Bütün bunlara baxmayaraq, Vəsahid Məlikov Masallı rayonundan olan ata-oğulun adına torpaq sahəsi təhvil verməyib. Ötən il dekabrın 22-də Vidadi Mehtiyev vəfat etdikdən sonra oğlu Vəsahiddən torpağın sənədlərini verməyi, yaxud da pulu qaytarmağı tələb edib. Bu dəfə Pərviz özünün və mərhum atasının Vəsahid Məlikov tərəfindən aldadıldığına əmin olub: “Atam vəfat edəndən sonra Vəsahid mənə sənəd təqdim etdi. Həmin sənədə baxdıqda gördüm ki, torpaq sahəsi mülkiyyətdə deyil, sadəcə icarədə imiş. Başa düşdüm ki, Vəsahid Məlikov süni şəkildə vaxt uzadır və o, dələduzluq edərək pulumuzu mənimsəyib”x9d.xa0

Zərərçəkən ödənilmiş 37 500 manat məbləğin geri qaytarılması məqsədilə növbəti dəfə Vəsahid Məlikova müraciət edib. Lakin qarşı tərəf müxtəlif bəhanələr gətirərək pulu qaytarmır, onun telefon zənglərinə cavab vermir.xa0

“Eşitdiyimə görə Vəsahid Məlikov mənim kimi bir neçə adamı da aldadıb, pulunu mənimsəyib. Artıq əmin oldum ki, onun mənim pulumu qaytarmaq fikri yoxdur və mənə qarşı dələduzluq edib. Mən isə Azərbaycan vətəndaşı olaraq yalnız Prezidentimizə arxalanıram və özümü onun himayəsində hiss edirəm. Sizdən xahiş edirəm ki, Prezidentin sadiq seçicisi olaraq mənə kömək edəsiniz və vəzifəli şəxslərin adından sui-istifadə edən Vəsahid Məlikovu məsuliyyətə cəlb edəsiniz”x9d ”“ deyə, zərərçəkmiş Baş prokurora ünvanlandığı müraciətində bildirir.xa0


Xatırladaq ki, təxminən bir ay əvvəl Vəsaihid Məlikovun dələduzluq əməlləri ilə üzləşmiş bir qrup şəxs mətbuata müraciət edərək ölkə rəhbərliyindən kömək istəmişdi. Bu barədə mətbuatda məlumatlar dərc olunduqdan sonra Vəsahid Məlikovun cavabdeh şəxs kimi polis orqanlarına dəvət edildiyi bildirilir. Bununla belə, Vəsait Məlikovun dələduzluq əməllərinin torunda düşən zərəçəkənlər hələ də pullarını geri ala bilməyib.xa0

Mövzunu davam etdirəcəyik.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO