Amerika polisi “İŞİD”x9d-i maliyyələşdirib  - FOTOLAR

Amerika polisi “İŞİD”x9d-i maliyyələşdirib - FOTOLAR

Hazırda oxunan: Amerika polisi “İŞİD”x9d-i maliyyələşdirib - FOTOLAR

146990
Moderator.az xəbər verir ki, ABŞ polisinin əməkdaşı Nikolas Yanqa qarşı “İŞİD”x9d terror qruplaşmasının maliyyələşdirməsi ilə bağlı rəsmi ittiham irəli sürülüb. Vaşinqton xa0nəqliyyat polisinin 36 yaşlı işçisi xa0Amerika hüquq-mühafizə orqanlarının terrorçulqla bağlı maddələrlə günahlandırılan xa0ilk əməkdaşıdır.


İstintaq materiallarına əsasən Yanq 250 dollarlıq hədiyyə sertifikatları əldə edib. Polis həmin hədiyyələri sonradan “İŞİD”x9d yaraqlılarına ötürməli imiş ki, öz aralarında asan rabitə qurmaq üçün mobil əlavələr alsınlar. Sən demə, Yanqın sertifikatları xa0ötürdüyü şəxs özünü terrorçu qrupların tərəfdarı kimi tanıdan FTB agenti imiş. Beləliklə, “işid”x9dçi polis özünü ələ verib.xa0



“The Dail Mail”x9d nəşrinin yazdığına görə, “İŞİD”x9d-in paqonlu tərəfdarı çox “qeyri-standart”x9d bir radikaldır. Belə ki, Yanq irqçi ideologiya tərəfdarıdır və bədənində faşist qartalı və svastika(Hitler xaçı) döyməsi var. Onun maraqları çoxşaxəlidir. 2010-cu ildə Yanq Afrikadakı “Əş-şabab”x9d radikal qruplaşmasının maliyyələşdiriməsində də şübhəli bilinib. Və ən maraqlısı, Amerika polisi FTB agentinə Liviyaya gedərək Müəmmar Qəddafinin devrilməsi uğrunda savaşdığını da söyləyib. Nikolas Yanqın illərlə bütün bu xa0fəaliyyətləri ilə paralel ABŞ paytaxtında polisdə çalışması istintaq üçün də çox ziddiyyəti məqamdır. İndi “döyüşkən”x9d polisi ciddi həbs müddəti gözləyir.

Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO