Bir neçə gün öncə Cəlilabad rayon Uzuntəpə kəndində yaşayan Abdullayev Nəbi və Əsədov Babəkə məxsus xırda buynuzlu(qoyun) heyvanlar oğurlanıb. Həmin heyvanlar iki gün sonra rayonunun 20 yanvar küçəsində yaşayan Vüqar Qurbanovun qoyun sürüsünün içində tapılıb.
Qurbanov Vüqar heyvanların sahibinə bildirib ki, həmin qoyunları Uzuntəpə kənd sakini Abdullayev Qalibdən alıb. Amma, ortada konkret oğurluq faktı olmasına baxmayaraq rayon polisi heç bir tədbir görməyib. İddiaya olunur ki, Qalib polisə yüksək məbləğdə rüşvət verib. Hətta bildirilir ki, Abdullayev Qalibin oğlu rayonun Mühafizə Polisində işləyir.
Şikayətçi oğruluq hadisəsinin rayon polisi tərəfindən araşdırılmamasından narazılıq edir.




































































































