Elçinin vaşaq nəzərlərini heç unutmadım  - Pərviz Həşimli

Elçinin vaşaq nəzərlərini heç unutmadım - Pərviz Həşimli

Hazırda oxunan: Elçinin vaşaq nəzərlərini heç unutmadım - Pərviz Həşimli

127969
Moderator.az xəbər verir ki, prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa qovuşan tanınmış jurnalist Pərviz Həşimli əvvəllər istifadə etdiyi facebook profili həbs olunan zaman MTN tərəfindən sındırılaraq yararsız hala salındığından yenidən "Parviz Hashimli New" profil yaradıb və olduqca ilginc statusla həbsdə üzləşdiyi qorxunc simalar haqqında maraqlı mesajların anonsunu verib:

"Mənə deyirdi ki, səni Qaradagın istisində yandırıb, daş karxanalarının tozunda bogacam. MTN-dəki cinayətkar şəbəkənin əsas siması olan bu adamdan və onun başında duranlardan qorxmadım. Ən güclü vaxtlarında MTN-ni milli təhlükəyə çevirdiklərini, ATM-in əslində bir terror mərkəzi olduğunu gözlərinin içinə baxıb söylədim. Bu gün Elçin Quliyev həbsdədir. Onun məhkəməsindən reportaj hazırlayacagım üçün çox şadam. Elçinin, İlqarın, Elşənin, Təhsinin, vaşaq nəzərlərini heç unutmadım..."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO