Heyvan oğruları ifşa olundu ”“ Cəlilabadda

Heyvan oğruları ifşa olundu ”“ Cəlilabadda

Hazırda oxunan: Heyvan oğruları ifşa olundu ”“ Cəlilabadda

125620
Ötən il bir çox hadisələrlə yadda qaldı. Cəlilabad rayonun dörd kənd sakinlərinin yadında qalan isə, onların heyvanlarının oğurlanaraq, onlara külli ”“ miqdarda ziyanın dəyməsi ilə yadda qaldı. Bu il fevral ayında isə, rayonda silsilə oğurluq törədən şəxslər rayon polisi tərəfindən həbs edilib.

Zərərçəkmişlərdən biri oğrulardan daha cəld tərpənib.

Belə ki, sahibkar qabaqcadan qoyun tövləsinə kamera yerləşdirib. Artıq ikinci dəfə qoyun aparmağa gələn oğrular kameraya düşüb. Bu isə onların ələ keçməsi üçün rayon polisinin işini asanlaşdırıb. Kamerada açıq ”“ aşkar üzləri görünən rayonun Uzuntəpə kənd sakinləri, Həsənov Sarəddin Ağaverdi oğlu, Hüseynov Hüseyn Röfşən oğlu və Qardaşxanov Elvin Kərəm oğlu polis tərəfindən həbs edilib. Hal ”“ hazırda istintaq gedir.

Moderator.az ”“ ın əməkdaşı qoyunları oğrulanmış sakinlərin bir qisminin siyahısını əldə edib. Onları sizə təqdim edirik.

- Ələddin Hüseynov, 21 baş xırdabuynuzlu heyvan (qoyun), (Kazımabad kəndi).

- Namiq Hümbətov, 4 baş iribuynuzlu heyvan (inək). (Kazımabad kəndi).

- Firdovsi Muradov, 1 baş iribuynuzlu heyvan (dana), (Kazımabad kəndi).

- Bəybala Ataşov, 11 baş xırdabuynuzlu heyvan (qoyun), (Muğan kəndi).

- Telman Nəsirov, 3 baş iribuynuzlu heyvan (inək), (Maşlıq kəndi).

- Eldar Hüseynov, 8 baş iribuynuzlu heyvan (inək), (Uzuntəpə kəndi).

- Əsgər Əhmədov, 28 baş xırdabuynuzlu heyvan (qoyun), (Sonradan 12-si qoyun sahibi tərəfindən çətinliklə də olsa ələ keçirilsə də, 16 baş qoyundan hələ də xəbər yoxdur), (Uzuntəpə kəndi).

- Hidayət Ağayev, 20 baş xırdabuynuzlu heyvan (qoyun), (Söyüdlü kəndi).
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO