Bakının Pirallahı rayonunda qanlı hadisə baş verib.
Sfera.az APA-ya istinadən bildirir ki, rayon sakini yaşadığı evdə bıçaqlanıb. Hadisə rayonun 28-ci məhəllə, ev 14 ünvanında qeydə alınıb. 43 yaşlı Vüqar Yusifov bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. O, dərhal əməliyyat olunub. Həkimlər onun qarın nahiyəsindən bıçaqlandığını bildiriblər. Vüqar Yusifov əməliyyat olunduğu üçün polis əməkdaşları onun ifadəsini ala bilməyiblər. Hadisə yerinə polis tərəfindən baxış keçirilib. İstintaq üçün zəruri olan tədbirlər görülüb.
Hələlik Vüqar Yusifovun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı məlum deyil.
Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar davam edir.
- A-
- A
- A+
Kriminal
01:48 / 23.01.2016
Bakıda 43 yaşlı kişi bıçaqlanıb
Hazırda oxunan: Bakıda 43 yaşlı kişi bıçaqlanıb
Hazırda oxunan: Bakıda 43 yaşlı kişi bıçaqlanıb
1148
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.