Bakıda oğlan sosial şəbəkədə tanış olduğu qızı zorladı

Bakıda oğlan sosial şəbəkədə tanış olduğu qızı zorladı

Hazırda oxunan: Bakıda oğlan sosial şəbəkədə tanış olduğu qızı zorladı

114798
Bakının Sabunçu rayonunda zorlama faktı qeydə alınıb.xa0

Moderaror.az teleqraf.com-a istinadən bildirir ki, hadisə Ramana qəsəbəsində baş verib.xa0

Məlumata görə, Ramana qəsəbəsində yaşayan 1988-ci il təvəllüdlü Alim Mehdiyev Qaraçuxur qəsəbəsində yaşayan 1999-cu il təvəllüdlü A. Ş. ilə sosial şəbəkələrdən birində tanış olub.xa0

Alim Mehdiyev bir müddət sosial şəbəkədə 16 yaşlı qızla danışıb. Onlar hətta bir-birləri ilə evlənəcəkləri barədə də söhbət aparıblar.

Sonra Alim Mehdiyev 16 yaşlı qızı öz ailəsi ilə tanış etmək, bunun üçün onu öz evinə gətirmək barədə razılaşıb. Yetkinlik yaşına çatmayan qız da buna etiraz etməyib.xa0

Alim Mehdiyev qızı aldadaraq Ramana qəsəbəsi, Mədən küçəsində olan yarımçıq tikililərdən birinə gətirib. Alim Mehdiyev orada 16 yaşlı qızla cinsi əlaqədə olub.xa0

Sonra Alim Mehdiyev qızı alacağı barədə ona vədlər verib. Amma qız oğlan tərəfindən aldadıldığını başa düşüb və zorlanması barədə anasına danışıb.xa0

Qızın anası S. Ş. hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə ərizə ilə müraciət edib. Ərizə əsasında polis bölməsində araşdırma aparılıb.xa0

Toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Sabunçu Rayon Prokurorluğuna göndərilib.xa0

Prokurorluqda faktla bağlı cinayət işi başlanıb.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO