Tanınmış hüquqşünas Qurban Məmmədov bir neçə gündür ki, MTN olayları ətrafında yaranmış durumla bağlı fikirlərini, xüsusən də bu gün Hacı Məmmədovdan betər "xoxan" kimi cəmiyyətdə ad çıxaran MTN generalı Akif Çovdarovla 2011 - ci ildəki ilginc söhbəti barədə yazaraqxa0Moderator.azxa0- a göndərir.xa0
Bu dəfə isə "vaxtilə MTN - dən uzaqlaşdırılsalar da, əvvəllər E. Mahmudovun rəhbərliyi altında olmuş, yaxud da Akif Çovdarovla keçmişdə birlikdə işləyən, ona rəhbərlik edən başqaları necə, vaxtında öz vəzifələrini yerinə yetirmədiklərinə, prezidentə və ya səlahiyyətli şəxslərə bu qanunsuzluqlar barədə vaxtında xəbər vermədiklərinə görə məsuliyyət daşımalıdırlarmı" sualına aydınlıq gətirməyə çalışıb və vətəndaşlarımızı diqqətli olmağa səsləyib:
"...Yazmışdım ki, “deməli, özümüzə qarşı qanunsuz hərəkətlərə rəvac verən, bir tərəfdən ölkədəki dərəbəyliyin tüğyan etməsi və dövlət intizamının olmamasıdırsa, xa0digər tərəfdən bizim öz hüquqlarımıza laqeyd münasibətimizdir.
xa0Əks təqdirdə, aşağıdakı suallarla tez-tez qarşılaşmalı, onlara cavab axtarmalı olacağıq:
1.xa0Vaxtilə MTN - dən uzaqlaşdırılsalar da, əvvəllər E. Mahmudovun rəhbərliyi altında olmuş, yaxud da Akif Çovdarovla keçmişdə birlikdə işləyən, ona rəhbərlik edən başqaları necə, vaxtında öz vəzifələrini yerinə yetirmədiklərinə, prezidentə və ya səlahiyyətli şəxslərə bu qanunsuzluqlar barədə vaxtında xəbər vermədiklərinə görə məsuliyyət daşımalıdırlarmı?
2.xa0Onların kimliyi sizlərə məlumdurmu?
3.xa0Bu adamların bu gün də müxtəlif önəmli vəzifələrdə çalışmaları dövlətimiz üçün potensial təhlükə deyilmi?
4.xa0Bu qədər geniş yayılmış şəbəkəyə qarşı Prezident təkbaşına mübarizə apara bilərmi?..”x9d
5.xa0İş adamı İbrahim İbrahimov - İbrahim Nehrəmli məhkəmələr qala - qala, niyə Akif Çovdarova, Eldar Mahmudova müraciət edirdi? O haradan bilirmiş ki, MTN - də reketçiliklə məşğul olan adamlar var?
6.xa0Ən vacib suallardan biri də budur: “MTN işi”x9d doğrudanmı xa0dövlətçilik naminə, qanunun aliliyi naminə aparılır?
Bu sualların izahına keçməzdən öncə, bir daha düşünməyinizi istərdim: “Nehrəmli İbrahim”x9din mülki mübahisəyə görə MTN-ə müraciət etməsi təsadüfdürmü?
xa0
Bəs, onun bu müraciətini “icraata”x9d qəbul edən MTN rəhbərliyi necə, onlar ki, iş adamının həmin məsələ ilə bağlı, onlara yox, mülki qaydada məhkəməyə müraciət etməli, iddia qaldırmalı olduğunu yaxşı bilirdilər və bilməyə də borcludurlar.
Deməli, İbrahim İbrahimov əvvəlcədən bilirmiş ki, MTN - də razborkalarla, reketçiliklə, adamlardan hədə - qorxu ilə pul tələb etmə ilə məşğul olan adamlar, strukturlar var. MTN - də şəxsi sifarişlərin qəbul olunduğu da ona bəlli imiş.xa0
Ancaq haradan?xa0
Bax əsas məsələ budur!xa0
Prezidentin vaxtında bilmədiyini və ya on il sonra bildiyini “Nehrəmli İbrahim”x9d haradan bilirmiş? Bildiyi bu dəhşətli faktları niyə Prezidentə və ya yaxın olduğu vəzifəli şəxslərə çatdırmayıb?xa0
Bildiyi bu çox ağır cinayətlər barədə vaxtında Prezidentə məlumat verməməsinin, əslində, Prezidentə xəyanət olduğunu dərk etməyibmi?xa0
Bəlkə MTN - nin bu xidmətlərindən istifadə etmək onun da maraqlarına cavab verirmiş?xa0
Hansı maraqlarına?xa0
Vaqif Bağırovdan başqa da MTN - ə kimlərinsə haqqında sifarişlər veribmi? Verdiyi bu sifarişlərə görə, məsələn, Vaqif Bağırovla bağlı Çovdarova nə qədər ödəyib? Beynəlxalq Bankdan aldığı kreditləri ödəməkdə çətinlik çəkməsində çovdarovların rolu varmı? Axı, artıq məlumdur ki, A. Çovdarov və MTN - də fəaliyyət göstərən bu cinayətkar dəstə işləri haqq müqabilində görürmüşlər.
Suallar o qədər çoxdur ki, bunu böyük bir istintaq qrupunun araşdırmasına ehtiyac var.
Qayıdaq əsas suallara.
Ancaq, əziz həmvətənlərim, bir məsələni burada xüsusi vurğulamağı özümə vətəndaşlıq borcu bilirəm.xa0
İstər MTN - də, istərsə Daxili İşlər Nazirliyində, elə istərsə də məhkəmə sistemimizdə olan və bundan sonra da ola biləcək hansısa cinayətkarların və ya cinayətkar dəstələrin ifşa edilməsi, həmin orqanlara etimadsızlıq göstərməyimizə, bu orqanların bütövlükdə nüfuzdan salınmasına səbəb ola bilməz və olmamalıdır. Həmin orqanlarda bu gün də minlərlə ləyaqətli övladlarımız öz vəzifələrini şərəflə yerinə yetirməkdə davam edirlər.
xa0Onu da nəzərə almalıyıq ki, MTN - lə bağlı baş verən proseslər gizli cəbhədə, düşmənin arxasında və ya əks - kəşfiyyat sahəsində çalışan gizli - adsız qəhrəmanlarımızın həyatının təhlükəyə atılmasına səbəb olmamalıdır. Əks təqdirdə, dövlətimizə olan kütləvi - milli inamsızlıq çox, həm də daha çox və qorxulu problemlər yarada bilər. İctimai ruh düşkünlüyünə qətiyyən yol vermək olmaz. Əksinə, indi baş verənləri dövlətçiliyimizin möhkəmlənməsinə yönəltməyi bacarmalıyıq.
Beləliklə də:
1.xa0Vaxtilə xa0MTN - dən uzaqlaşdırılsalar da, xa0E.Mahmudovun rəhbərliyi altında xa0olmuş, yaxud da xa0Akif Çovdarovla xa0keçmişdə birlikdə işləyən, ona rəhbərlik etmiş başqaları necə, vaxtında öz vəzifələrini yerinə yetirmədiklərinə, prezidentə və ya səlahiyyətli şəxslərə bu qanunsuzluqlar barədə vaxtında xa0xəbər vermədiklərinə görə məsuliyyət daşımalıdırlarmı?
Bizdə uzun illərdir ki, çox ziyanlı bir “dövlətçilik ənənəsi”x9d formalaşıb.xa0
xa0Adam istədiyi kimi qanunları pozur, vaxtında öz vəzifələrini yerinə yetirməməklə, özünün hərəkətsizliyi ilə, cinayətlərə nəyinsə müqabilində göz yumması ilə, yaxud da birbaşa rüşvət müqabilində minlərlə başqa cinayətlərə yol açır və vaxtında ifşa edilmədisə, başqa vəzifəyə keçdisə, yaxud da təqaüdə çıxdısa, əvvəl topladığı haram sərvəti hesabına firavan həyatını davam etdirir.xa0
Ancaq mədəni, sivil, hüquqi dövlətlərdə belə olmur.xa0
Adam 90 yaşında da, vəzifədən gedəndən 20 - 30 il sonra da, vaxtilə törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilir, ölümünə bir gün qalmış belə ifşa edilir.
Bu məqamda rəhmətlik “qanuni oğru”x9d Hikmət Muxtarovun bir söhbəti yadıma düşdü.xa0
Danışırdı ki, Tbilisidə bir gürcü qanuni oğrunun dəfninə toplaşıblarmış. Hamısı, yasa gecikən başqa bir ağsaqqal oğrunu gözləyirmişlər ki, o gələndən sonra vidalaşaraq tabutu yerdən qaldırsınlar. Ağsaqqal gəlmiş, mərhumun həyət - bacasına, maşınlarına, dəbdəbəli villasına göz gəzdirmiş, asta - asta tabuta yaxınlaşaraq əyilib meyitin qulağına nəsə pıçıldadıqdan sonra da asta addımlarla yası tərk edərkən bütün oğrular onun dalınca meyiti ortada qoyub çıxmışlar. Meyitin qulağına nə dediyini soruşanda isə, qoca oğru belə cavab veribmiş: ”x9dBiz lagerlərdə “stradat edəndə”x9d (əzab çəkəndə) sən sərvət toplamaqla məşğul imişsən. Sən o dünyaya oğru kimi gedə bilməzsən, sən qanuni oğru deyilsən, mən sənin adını geri alıram, dedim.”x9d
xa0
Bax budur prinsip.
Oğrular öz qanunlarına dönmədən əməl etdikləri kimi, dövlət də öz qanunlarına və prinsiplərinə əməl etməlidir. Yalnız bu halda xa0dovlətçilik ənənələri daim canlı qala bilər. Osmanlıda olduğu kimi!
xa0İstənilən dövləti ayaqda tutan, onu möhkəm edən üç vacib prinsip var:
-- qanun qarşısında hamının bərabərliyi,xa0
--qanunları pozmağa görə cəzanın qaçılmazlığı və
-- ədalət prinsipi.
Hətta diktatura və avtoritar rejimlərdə belə, bu prinsiplərə əməl edilməsi onların ömrünü artıra bilər.
Bu baxımdan, MTN - də baş verən hadisələr indi vəzifədə olanlarla, yaxud da E. Mahmudovla sonadək işləyənlərlə sonuclanmamalıdır. Son 20 - 30 ildə MTN - də çalışıb başqa vəzifələrə gedənlərdən də hesab sorulmalıdır. Ən azı, cinayəti bilib gizlətdiklərinə, vəzifələrini layiqincə yerinə yetirmədiklərinə görə hamısı cavab verməlidir.
Çünki dövlətçilik şüuru bizdən məhz bunu tələb edir. Bu adamlar bizlərin vergisi hesabına əmək haqqı alıblar. Həmin əmək haqqının müqabilində isə vəzifələrini yerinə yetirməyiblərsə, hansısa qaydada məsuliyyət daşımalıdırlar və bunu elə etmək lazımdır ki, bütün məmurlara görk olsun.
Xüsusilə də, nəzərə alanda ki, bu “ekslər”x9d indi milyonluqlarla mal - mülk, sərvət sahibidirlər, onda aydın olur ki, elə onlar da eyni cinayətlərlə məşğul imişlər. Yoxsa, dövlətdən alınan əmək haqqı ilə o boyda sərvətə sahib olmağın mümkün olmadığı körpə uşaqlara da məlumdur. Kimi aldadırıq ki? Yalnız özümüzü, əlbəttə.
xa0 xa0
Heç kim arxayın olmamalıdır ki, “tutulmayan oğru, xandan - bəydən doğru”x9d prinsipi ilə millətə, dövlətə və ona etibar edən Prezidentə xəyanət edib də həyatlarını rahatca davam etdirə biləcəklər.xa0
Onlardan kimləri siz tanıyırsınız? Hansı mal - varlıqları var? İndi hansı vəzifələrdədirlər? Hansı biznesləri var? Bu barədə olan məlumatlarınızı mütləq əlaqədar orqanlara, ən azı Prezidentin elektron poçtuna göndərməyiniz dövlətçiliyimizə çox böyük xidmət olardı.
Unutmayın ki, həmin adamların bu gün də müxtəlif önəmli vəzifələrdə çalışmaları dövlətimiz, dövlətçiliyimiz xa0üçün xa0çox böyük potensial təhlükədir.
İndi əsas sual budur: belə geniş yayılmış cinayətkar şəbəkəyə qarşı Prezident təkbaşına mübarizə apara bilərmi xa0və xa0“MTN işi”x9d doğrudanmı dövlətçilik naminə, qanunun aliliyi naminə edilir?
“MTN işi”x9dnin son Nardaran olayları ilə əlaqəsi varmı?xa0
Kimlər Eldar Mahmudovun boş qalan “nüfuz yeri”x9dni doldurmağa çalışırlar?xa0
Bununçün 7 gənc vətəndaşımızın qanını tökməyə, silahsız, köməksiz, dindar bir kəndin üzərində güc, gövdə göstərisi nümayiş etdirməyə, xalqın yetişdirdiyi savadlı din xadimi Tale Bağırzadəni və dostlarını həbs etməyə, millətimizi də dünyaya terrorçu kimi tanıtmağa dəyərdimi?
Ardı var...







































































































