Əxlaqsızlıq yuvasının sahibindən pul tələb edən jurnalistlərə hökm oxundu

Əxlaqsızlıq yuvasının sahibindən pul tələb edən jurnalistlərə hökm oxundu

Hazırda oxunan: Əxlaqsızlıq yuvasının sahibindən pul tələb edən jurnalistlərə hökm oxundu

108208
Bakı Ağır Cinayətlər Məhkəməsində Şahin Orucov və Cəlil Səmədovun CM-nin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Oxu.Az xəbər verir ki, Şahin Orucov “Kriminal və Bəşəriyyət”x9d qəzetinin təsisçisi, Cəlil Səmədov isə “Korrupsiya və Qanun”x9d qəzetinin baş redaktorunun müavini işləyiblər.

İttihama görə, Şahin Orucov və Cəlil Səmədov Sumqayıt şəhəri ərazisində yerləşən “Metalurq”x9d adlı kafedə əxlaqsız yuva təşkil olunduğunu öyrəniblər və həmin kafeyə gedərək, video görüntülər çəkiblər.

Daha sonra onlar həmin kafenin sahibi ilə görüşərək, çəkilişləri yaymamaq müqabilində 5000 manat pul tələb ediblər. Zərərçəkənin şikayəti əsasında şübhəli şəxslər saxlanılıblar. 

İbtidai istintaqın gedişatında onların barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar və məhkəmə zalında həbs olunublar. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO