Azərbaycanın qaz ixracından gəlirləri 4 dəfədən çox artdı

Azərbaycanın qaz ixracından gəlirləri 4 dəfədən çox artdı

Hazırda oxunan: Azərbaycanın qaz ixracından gəlirləri 4 dəfədən çox artdı

99898

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 12 102 516,1 min ABŞ dolları dəyərində 16 552 772,27 min kubmetr təbii qaz ixrac edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalarda yer alıb.

Mənbə qeyd edir ki, 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə ixrac olunan qazın həcmi 10,9%, dəyəri isə 4,1 dəfə artıb.
Məlumata görə, hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınıb.

Qeyd edək ki, ötən il Azərbaycan 5 534 398,34 min ABŞ dolları dəyərində 20 046 650,21 min kubmetr təbii qaz ixrac edib. 2020-ci ilin göstəricisi ilə müqayisədə, ixrac olunan qazın həcmi 61,3%, dəyəri isə 2,5 dəfə artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO