"Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması”ilə bağlı QƏRAR – Baş nazir 

Hazırda oxunan: "Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması”ilə bağlı QƏRAR – Baş nazir 

99339

 "Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalında barəsində məlumatlar yerləşdirilən istehsalçıların, eləcə də satıcıların fəaliyyətinin monitorinqinin aparılması Qaydaları” təsdiq edilib.

Bizim.Media xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Məqsəd Prezidentin 11 aprel 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın 3.1.5-ci yarımbəndinin icrasını təmin etməkdir.

Qaydalar istehsalçı və satıcıların ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınmasında iştirakları ilə bağlı “Elektron kənd təsərrüfatı” informasiya sistemi və (və ya) yerində baxış vasitəsilə monitorinqin təşkili və həyata keçirilməsi qaydalarını tənzimləyir.
Monitorinq elektron portal vasitəsilə hər il sentyabrın 1-dən oktyabrın 1-dək aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO