Rusların Azərbaycana AXINI: Mənzil qiymətlərində sürətli artım olacaq – AÇIQLAMA

Rusların Azərbaycana AXINI: Mənzil qiymətlərində sürətli artım olacaq – AÇIQLAMA

Hazırda oxunan: Rusların Azərbaycana AXINI: Mənzil qiymətlərində sürətli artım olacaq – AÇIQLAMA

98700

Rusiya-Ukrayna arasındakı münasibətlərin daha da gərginləşməsi səbəbi ilə son günlərdə ölkəmizə rus vətəndaşlarının axın etməsini müşahidə edirik. Bu axın Azərbaycanda kirayə həmçinin əmlak bazarına necə təsir edəcəyi isə müzakirə mövzusudur.

Əmlak üzrə ekspert Ramil Qasımzadə Bizim.Media-ya mövzu ilə bağlı açıqlama verib. O, faktı təsdiqləyərək əmlak bazarında qiymət artımına növbəti təsirin sözügedən axınla bağlı olacağını bildirib:

“Əmlak bazarında qiymətlərin artmasına təsir göstərən əvvəl də mövcud olan səbəblər var idi, hansı ki, bu tikinti materiallarının qiymətində həmçinin iş və xidmətlərin sayında artımın olması idi. Biz həmişə proqnozlaşdırırdıq ki, oktyabr, noyabr ayları kirayə evlərin qiymətində stabilləşmə olacaq.
Lakin indiki situasiyada bunu demək çox çətindir. Çünki Rusiyadan ölkəyə axın edən həmvətənlərimiz eləcə də rus vətəndaşlarının xüsusilə Bakıda daşınmaz əmlak bazarında qiymətlərin artmasında təsirləri var.

Əgər qiymətləri keçən illə müqayisə etsək, kirayə qiymətlərində hər bir mənzil üzrə 100-150 manat məbləğində fərq müşahidə edilməkdədir. Evlərin kirayəyə verilməsi keçən il minimum 200-250 manatdan başlayırdısa, hazırda bu qiymətlər 300-350 manat və üzəri məbləğdə kirayəyə verilir.  Yaxın gələcəkdə bu qiymətlərdə yenidən artımın olması şübhəsizdir, çünki tələb getdikcə çoxalır”.

Ekpert həmçinin bildirib ki, əvvəllər 1000-1500 arası 1 m² üzrə mövcud olan mənzil qiymətləri artıq tarixə qovuşur:

“Artıma əsasən mənzil qiymətlərinin kvadrat metrinin 2000 manatdan təklif olunmasına gələn ildən şahid olacağıq. Artıq yavaş-yavaş bunu görmək mümkündür Bakının Səbail, Nəsimi, Nərimanov rayonlarında artıq qiymətlərin bu civarlarda təklif olunması müşahidə edilir. Çünki ölkəmizə həm Rusiya, həm də Ukraynadan gələnlərin sayında artım olacağını təxmin etmək çətin deyil.
Qonşu ölkə Türkiyədə də artıq xeyli Rusiya vətəndaşları var ki, onlar da xüsusilə paytaxt, böyük şəhərlərdə- İstanbul, Antalyanın daşınmaz əmlak bazarına təsir edə biliblər”, - deyən R.Qasımzadə Bakıda da oxşar vəziyyətin gözlənilən olduğunu diqqətə çatdırıb.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO