Daha 2 rayonda

Daha 2 rayonda "KOB dostları" fəaliyyətə başlayıb

Hazırda oxunan: Daha 2 rayonda "KOB dostları" fəaliyyətə başlayıb

96881

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gədəbəy və Tovuz rayonlarında "KOB dostları" fəaliyyətə başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.

Bildirilib ki, KOBİA regionlarda sahibkarların qarşılaşdıqları çətinliklərin öyrənilməsi və təkliflərinin dinlənilməsi, eləcə də dövlət dəstəyi mexanizmləri, o cümlədən KOBİA tərəfindən göstərilən dəstək və xidmətlər barədə sahibkarların məlumatlandırılması üçün görüşlərini davam etdirir.

Növbəti belə görüşlər oktyabrın 1-də Gədəbəy və Tovuz rayonlarında təşkil olunub. KOBİA və müvafiq rayonların icra hakimiyyətlərinin təşkilatçılığı ilə keçirilmiş görüşlərdə sahibkarlar və onlara xidmət göstərən dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Sahibkarlarla görüşlər çərçivəsində həmçinin, KOBİA-nın Gədəbəy və Tovuz üzrə Kiçik və Orta Biznesin dostları – "KOB dostları" rayonun biznes ictimaiyyətinə təqdim olunub. Bununla da Qazax-Tovuz iqtisadi rayonunda "KOB dostları"nın sayı 3-ə çatıb. Hazırda KOB dostları ölkənin 37 şəhər və rayonunda fəaliyyət göstərir.

Gədəbəy və Tovuz rayonlarında "KOB dostu" ofisləri Heydər Əliyev Mərkəzlərində yerləşir. "KOB" dostu ofislərində sahibkarlara dəstək və xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb. "KOB dostu" ilə birgə ofislərdə “KOB könüllüləri” də fəaliyyət göstərir.

Sahibkarlarla görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov biznesə yerində dəstəyin təmin olunması baxımından KOB dostlarının fəaliyyətinin önəmini qeyd edib. Sahibkarlar KOB dostu ilə sıx əməkdaşlığa dəvət olunub.

Görüşlər çərçivəsində Agentlik tərəfindən KOB-lara göstərilən dəstək mexanizmləri barədə filmlər nümayiş olunub, sahibkarların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO