26 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar aşkar edildi

26 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar aşkar edildi

Hazırda oxunan: 26 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar aşkar edildi

96539

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, agentliyin əməkdaşları respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 39 ticarət müəssisəsi və 29 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 26 müəssisədə nöqsanlar müəyyən edib.

Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 25, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 11 nöqsan aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO