Sahibkarlığın inkişafı ilə bağlı koordinasiya qrupu yaradılacaq

Sahibkarlığın inkişafı ilə bağlı koordinasiya qrupu yaradılacaq

Hazırda oxunan: Sahibkarlığın inkişafı ilə bağlı koordinasiya qrupu yaradılacaq

96442

Mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində koordinasiya qrupu yaradılacaq.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni hazırlanmış “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən səlahiyyətli qurumun yanında daimi fəaliyyət göstərən koordinasiya qrupu yaradılır.
Koordinasiya qrupunun tərkibi, habelə səlahiyyətləri və fəaliyyəti ilə bağlı məsələlər haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO