2023-cü il üçün dövlət büdcəsində bu istiqamətlər üzrə xərclər artacaq – TƏHLİL

2023-cü il üçün dövlət büdcəsində bu istiqamətlər üzrə xərclər artacaq – TƏHLİL

Hazırda oxunan: 2023-cü il üçün dövlət büdcəsində bu istiqamətlər üzrə xərclər artacaq – TƏHLİL

94204

Xəbər verdiyimiz kimi, sentyabrın 15-də Maliyyə Nazirliyi tərəfindən 2023-cü il dövlət büdcəsinin və icmal büdcənin layihəsini Nazirlər Kabinetinə təqdim edib. 

Bizim.Media xəbər verir ki, 2023-cü ildə dövlət büdcəsinin gəlirləri 30,720 milyard manat proqnozlaşdırılır ki, bu da 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 1522,9 milyon manat və yaxud 5,2 faiz çoxdur.

2023-cü ildə dövlət büdcəsinin gəlirləri 30,720 milyard manat proqnozlaşdırılır ki, bu da 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 1522,9 milyon manat və yaxud 5,2 faiz çoxdur.
2023-cü il üçün dövlət büdcəsi layihəsində nəzərdə tutulan digər göstəriciləri cari illə müqayisəli formada təqdim edirik:

- 2023-cü ildə xam neftin bir barelinin orta illik ixrac qiyməti 50 ABŞ dolları səviyyəsində götürüləcək. 2022-ci il üçün dövlət büdcəsində də bu rəqəm eyni idi. Lakin Milli Məclisin növbədənkənar sessiyasında dövlət büdcəsinə edilən dəyişikliklərdən sonra bir barel üçün qiymət 85 dollar müəyyən edilib.

- İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərinə 3 milyard manat vəsait ayrılacaq. Bu, 2022-ci il üçün dürüstləşdirilmiş büdcə layihəsi ilə müqayisədə 330 milyon manat daha çoxdur.

- Manatın məzənnəsi növbəti ildə də sabit qalacaq. Belə ki, yeni layihədə milli valyuta dollar qarşısında 1.7 həddində götürüləcək.

- Gələn il üçün büdcənin təhsil xərclərinin 4,403 milyard manata çatıdırılması nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 517 milyon manat çoxdur.

- Səhiyyə xərcləri 1,708 milyarddan 1,904 milyard manata qədər artırılacaq.

- 2023-cü ildə dövlət büdcəsinin kəsiri 2579,3 milyon manat proqnozlaşdırılır. Cari ildə müvafiq göstərici 3,106 milyard manat olub.

- 2023-cü il dövlət büdcəsində orta illik inflyasiyanın 6,9% olması proqnozlaşdırılır. Qeyd edək ki, hal-hazırda inflyasiya 12,5%-ə bərabərdir.

- Müdafiə və milli təhlükəsizlik xərcləri 5 milyard 320,1 milyon manat proqnozlaşdırılır. Bu, 2022-ci illə müqayisədə 235,3 milyon manat, yaxud 4,6 faiz çoxdur.

- Sosial müdafiə və sosial təminat üzrə xərclər 4 milyard 411,8 milyon manat proqnozlaşdırılır. Bu, cari illə müqayisədə 683,2 milyon manat çoxdur.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO