Şuşa Türk Biznes Forumu çərçivəsində bir sıra sənədlər imzalandı

Şuşa Türk Biznes Forumu çərçivəsində bir sıra sənədlər imzalandı

Hazırda oxunan: Şuşa Türk Biznes Forumu çərçivəsində bir sıra sənədlər imzalandı

94148

Sentyabrın 16-da Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumu çərçivəsində bir sıra sənədlər imzalanıb.

Bizim.Media xəbər verir ki, Qırğızıstan Respublikasının Ticarət və Sənaye Palatası Şurası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Azərbaycan-Qırğızıstan Biznes Şurası yaradılması haqqında saziş imzalanıb.

Həmçinin, Özbəkistanın Sahibkarlığın İnkişafı Agentliyi və KOBİA arasında birgə tədbirlərin həyata keçirilməsinə dair Yol Xəritəsi təsdiqlənib.

Eyni zamanda, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası və Türkiyənin “Kut Ticarət və Marketinq Məhdud Şirkəti”, “Bakı Tekstil Fabriki” MMC və Türkiyənin “İnmak Şirkətlər Qrupu” arasında anlaşma memorandumları imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO