"Hökumət ərzaqlıq buğda istehsalçılarına dəstək verəcək" - Baş nazir

Hazırda oxunan: "Hökumət ərzaqlıq buğda istehsalçılarına dəstək verəcək" - Baş nazir

93374

"Hökumət ərzaqlıq buğda istehsalçılarına dəstək verəcək".

Bizim.Media xəbər verir ki, bunu Baş nazir Əli Əsədov bu gün Ağsu rayonunda keçirilən müşavirədə deyib. 

Baş nazir Əli Əsədovun sədrliyilə keçirilən müşavirədə ölkədə ərzaqlıq buğda istehsalında mövcud problemlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Dövlət qurumlarının və aqrar sektorda fəaliyyət göstərən özəl şirkətlərin rəhbərlərinin iştirak etdiyi işçi müşavirədə Azərbaycan Prezidentinin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanının icrası ilə bağlı məsələlər müzakirə olunub.

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda kütləvi taxıl biçini yekunlaşır


Ərzaq təhlükəsizliyi ilə bağlı qlobal çağırışlar, Azərbaycanda ərzaqlıq buğda istehsalında mövcud problemlər, qarşıda duran vəzifələr, Fərmana uyğun olaraq dövlət dəstəyi mexanizmlərinə dair fikir mübadiləsi aparılıb.

Müşavirədə aidiyyəti dövlət qurumlarının rəhbərlərinin çıxışları, ərzaqlıq buğda istehsalçılarının, müasir suvarma sistemlərini tətbiq edən və tətbiq edilməsini planlaşdıran təsərrüfat rəhbərlərinin problemləri və təklifləri dinlənilib.

Baş nazir Azərbaycan Prezidentinin müvafiq Fərmanından irəli gələn tapşırıqlara uyğun olaraq, hökumətin ərzaqlıq buğda istehsalçılarına dəstək verəcəyini, qarşıda duran əsas vəzifələrin əkinə yararlı torpaq ehtiyatlarının genişləndirilməsi, buğda istehsalında məhsuldarlığın artırılması, ərzaqlıq buğdanın keyfiyyətinin yüksəldilməsi, müasir texnologiyanın tətbiqi və su ehtiyatlarının qənaətlə sərf edilməsi olduğunu vurğulayıb.

Müşavirənin sonunda Azərbaycan Prezidentinin Fərmanın icrası ilə bağlı işlərin sürətləndirilməsi üçün aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO