Türkiyədən Azərbaycana geyim ixracatı KƏSKİN ARTIB

Türkiyədən Azərbaycana geyim ixracatı KƏSKİN ARTIB

Hazırda oxunan: Türkiyədən Azərbaycana geyim ixracatı KƏSKİN ARTIB

93040

Türkiyə 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycana hazır geyim ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 33,4 faiz artıraraq 40,7 milyon dollara çatdırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyinin hesabatında bildirilib.

Avqust ayında Türkiyə Azərbaycana hazır geyim ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 54,2 faiz artıraraq 5,2 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz artaraq 14,2 milyard dollara bərabər olub.

Bu ilin avqust ayında Türkiyə 1,8 milyard dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 6,1 faiz azdır. Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2021- avqust 2022) Türkiyə 21,6 milyard dollar məbləğində hazır geyim ixrac edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO