4Sİ texnologiyaları üzrə İşçi Qrupun iclası keçirildi - FOTO

4Sİ texnologiyaları üzrə İşçi Qrupun iclası keçirildi - FOTO

Hazırda oxunan: 4Sİ texnologiyaları üzrə İşçi Qrupun iclası keçirildi - FOTO

92637

Bakı Ekspo Mərkəzində təşkil edilən "4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi" çərçivəsində Dördüncü Sənaye İnqilabı (4Sİ) texnologiyaları üzrə İşçi Qrupun növbəti iclası keçirilib.

Bizim.Media İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, qurumun tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyevin sədrlik etdiyi iclasda aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edib.

Tədbirdə işçi qrupun ilk iclasından ötən dövr ərzində ölkədə 4Sİ texnologiyalarının tətbiqinin genişləndirilməsi, həmçinin Milli Süni İntellekt Strategiyasının hazırlanması istiqamətində görülən işlər barədə müzakirələr aparılıb.
İclasda, həmçinin Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında qeyd olunmuş aidiyyəti müddəalardan irəli gələn vəzifələrin icrası ilə bağlı görüləcək tədbirlər müzakirə olunub, rəy və təkliflər dinlənilib.

Sonra İşçi Qrupun üzvləri "4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi"ndə nümayiş olunan yeni texnologiyalarla tanış olublar.

Məlumat üçün bildirək ki, 4Sİ texnologiyaları üzrə İşçi Qrupu 4Sİ texnologiyalarının tətbiqi imkanlarının araşdırılması, normativ-hüquqi bazanın, yol xəritələrinin formalaşdırılması, layihələrin əlaqələndirilməsi, həmçinin bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirmək məqsədilə yaradılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO