İlham Əliyev Avropaya qaz nəqlinin ARTIRILMASINDAN DANIŞDI

İlham Əliyev Avropaya qaz nəqlinin ARTIRILMASINDAN DANIŞDI

Hazırda oxunan: İlham Əliyev Avropaya qaz nəqlinin ARTIRILMASINDAN DANIŞDI

91869

“Azərbaycan hazırda qaz sahəsinə sərmayə qoyuluşu baxımından yeni imkanlar və planları nəzərdən keçirir. Bizim bütün enerji layihələrimiz, o cümlədən təbii qazın nəqli ilə bağlı olan layihələrimiz mövcud həcmlərə əsaslanıb”.

Bizim.Media xəbər verir ki, bu fikri Prezident İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində “Azərbaycan həcmi artırmaq baxımından Avropanın digər hissələrinə qaz nəql etmək məqsədilə hər hansı əlavə layihələri nəzərdən keçirirmi” sualına cavabında söyləyib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev sülh sazişi ilə bağlı DETALLARI AÇIQLADI


Dövlət başçısı Azərbaycandan qaz alan Avropa şirkətləri ilə müqavilələrin uzun illər əvvəl imzalandığını qeyd edib:

“Daha sonra biz boru kəmərlərinə sərmayə qoyduq və Avropaya yalnız bir il yarım əvvəl qaz nəql etməyə başladıq. 2021-ci ilin ilk günündə biz İtaliyaya qaz nəql etməyə başladıq. Beləliklə, bizim nəzərdə tutduğumuz planlar tam şəkildə həyata keçirilib. 

Avropaya ixracı iki dəfə artırmaq böyük işdir. Bu, xırda məsələ deyil. Buraya sərmayə yatırılmalı, texniki imkanlar genişləndirilməlidir. Çünki hazırda Avropaya qaz nəql edən boru kəmərimiz TAP-ın ötürmə qabiliyyəti 10 milyard kubmetrdir.
Yəni, biz onu 20 milyard kubmetrə çatdırmalıyıq. Bu isə maliyyə vəsaiti və səhmdarlar arasında razılıq tələb edir və bu, bir prosesdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO