"Şimal axını" ilə Rusiya qazının nəqli tamamilə dayandırıldı

Hazırda oxunan: "Şimal axını" ilə Rusiya qazının nəqli tamamilə dayandırıldı

91291

“Şimal axını” (“Nord Stream-1” – red.) qaz kəməri ilə Rusiya qazının tədarükü tamamilə dayandırılıb. Bu gün Portovaya kompressor stansiyasında işlək vəziyyətdə qalan yeganə qaz vurma qurğusunda təmirə başlanılıb.

Bizim.Media “forbes.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Qazprom” şirkətinin məlumatında bildirilir.

“Şimal axını” ilə tədarük tamamilə dayandırılıb və bu gün qaz vurma qurğusunda planlı-xəbərdaredici işlərə başlanılır”, - məlumatda deyilir.

Qeyd edək ki, “Nord Stream-1” Rusiya ilə Almaniya arasında magistral qaz kəmərinin Baltik dənizinin dibi ilə keçən hissəsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO