Fazil Mustafanın təklifinə CAVAB: “Sənayemizi yox, bazarımızı birləşdirə bilərik”

Fazil Mustafanın təklifinə CAVAB: “Sənayemizi yox, bazarımızı birləşdirə bilərik”

Hazırda oxunan: Fazil Mustafanın təklifinə CAVAB: “Sənayemizi yox, bazarımızı birləşdirə bilərik”

90041

Deputat Fazil Mustafa Milli Məclisdə çıxışında Türkiyə ilə dərman sənayesini birləşdirməyi təklif edib. Bu fonda da o, “Bir millət, iki dövlət” şüarını “Bir millət, bir dərman, iki dövlət”lə əvəzləməyi irəli sürüb:

“Bəlkə Türkiyə ilə dərman sənayesini birləşdirmək barədə düşünək? “Bir millət, iki dövlət” şüarımızı “Bir millət, bir dərman, iki dövlət” edək. İnsanlar da dərmanları baha qiymətə almaz. Bu məsələnin də adi həllini tapa bilərik”.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert İlqar Hüseynli Fazil Mustafanın təklifini populist arzu kimi dəyərləndirdi:
 

MÖVZU İLƏ BAĞLI:

Fazil Mustafa: “Bir millət, bir dərman, iki dövlət...”​​​​​​​


“Bir millət, bir dərman, iki dövlət” şüarı bu fonda özünü doğrultmayacaq. Populist fikirdir. Dərman sənayesinin inkişafı üçün əsas məsələ investisiyanın cəlbidir. Dərman sənayesinin birləşdirilməsi müşkül deyil”.

Ekspert iki ölkənin dərman bazarının birləşdirilməsini isə mümkün hesab edir:

”Dərman bazarını liberallaşdıra, sadələşdirə bilərik. Məsələn, Türkiyədən Azərbaycana gətirilən dərmana qoyulan gömrük vergi və rüsumlarını azalda bilərik. “Koç İlaç” şirkəti Türkiyənin dərman bazarında böyük imkanlara malikdir. Onun anoloji yatırımı burada etməsi də mümkündür. Bu yolla ölkədə dərmanın qiymətinin ciddi şəkildə aşağı düşməsinə nail olmaq olar. İlkin mərhələdə isə dövlət öz yatırımı hesabına dərman istehsal edən zavodların tikilməsi barədə düşünməlidir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO