Şuşadakı əmlaklar qiymətləndiriləcək

Şuşadakı əmlaklar qiymətləndiriləcək

Hazırda oxunan: Şuşadakı əmlaklar qiymətləndiriləcək

89012

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi balansına verilmiş əmlakların qiymətləndirilməsi ilə bağlı açıq tender elan edib.

Bizim.Media dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, söhbət 221 ədəd abidə və digər tarixi tikilidən, 32 ədəd çoxmənzilli yaşayış evindən gedir.

Tenderdə iştirak haqqı 350 manatdır.

İddiaçılar ilkin sənədləri sentyabrın 6-na, tender təklifi və onun dəyərinin 5%-i qədər bank təminatını isə sentyabrın 14-nə qədər Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 24 ünvanına təqdim edə bilərlər.
Təkliflərə sentyabrın 15-də qeyd olunan ünvanda baxılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO