Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin altıncı ayında ABŞ-ın ən böyük bankları Rusiyadakı ölkədəki şirkətlərin qiymətli kağızları ilə əməliyyatları bərpa edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" yazıb.
Agentliyin məlumatına görə, maliyyə institutları yalnız öz portfellərində olan istiqrazlarla işləyir və onlara likvid olmayan aktivlərdən qurtulmağa kömək edir.
Rusiya borcu ilə əməliyyatlarını bərpa edən bankar “JPMorgan Chase & Co”, “Bank of America Corp”, “Citigroup Inc”, “Deutsche Bank AG”, “Barclays Plc” və “Jefferies Financial Group Inc”dir.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Rusiyadan şirkətlərin qiymətli kağızlarının ilkin və təkrar bazarlarda alınmasına qoyulan qadağa ilə bağlı dəfələrlə açıqlamalar verib.
Rusiya aktivlərinin əksəriyyətindən çıxmaq üçün ABŞ Xəzinədarlığına tabe olan departament investorlara 2022-ci il sentyabrın 1-dək müddət ayırıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:00 / 15.08.2022
ABŞ bankları Rusiya aktivləri ilə fəaliyyəti bərpa edib – “Reuters”
Hazırda oxunan: ABŞ bankları Rusiya aktivləri ilə fəaliyyəti bərpa edib – “Reuters”
Hazırda oxunan: ABŞ bankları Rusiya aktivləri ilə fəaliyyəti bərpa edib – “Reuters”
88646
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.