Bu ölkələrdən quşçuluq məhsullarının idxalı məhdudlaşdırıldı

Bu ölkələrdən quşçuluq məhsullarının idxalı məhdudlaşdırıldı

Hazırda oxunan: Bu ölkələrdən quşçuluq məhsullarının idxalı məhdudlaşdırıldı

87650

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, Rusiyanın Maqadan vilayətində və Şotlandiyanın Orkney adalarında yüksək patogen quş qripi, Tıva Respublikasında isə nodulyar dermatit xəstəliyi qeydə alınıb.
 

MÖVZU İLƏ BAĞLI:

"70 ölkədən quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət var" - AQTA 

Bu barədə Bizim.Media-ya Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. 

Bildirilib ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Rusiyanın Maqadan vilayətindən və Şotlandiyanın Orkney adalarından diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla) idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların, o cümlədən Rusiya Federasiyasının Tıva Respublikasından bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların da idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Şotlandiyadan, Rusiyanın Maqadan vilayətindən və Tıva Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO