Neft Fondunun AÇG-dən gəlirləri kəskin ARTDI

Neft Fondunun AÇG-dən gəlirləri kəskin ARTDI

Hazırda oxunan: Neft Fondunun AÇG-dən gəlirləri kəskin ARTDI

87144

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Respublikası Neft Fondunun (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 5 683 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 95,7% çoxdur.

Bizim.Media ARDNF-dən verilən məlumata istinadən xəbər verir ki, ötən ilin müvafiq dövründə sözügedən göstərici 2 903,2 mln. dollar səviyyəsində idi.

O cümlədən bu ilin yeddi ayında Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 252,725 mln. dollar təşkil edib ki, bu da ötən ilin göstəricisini 4,4 dəfə üstələyir.

Qeyd edək ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı olub (2024-ci ildə başa çatmalı idi).
Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalayıblar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO