Bu il ölkədə 44 şəhər və rayon, həmçinin Bakının 3 rayonunu əhatə etməklə 116 kənd və yeni yaşayış massivlərində qazpaylayıcı şəbəkənin qurulması nəzərdə tutulub.
Bizim.Media xəbər verir ki, bunu "Açıq qapı" aksiyası çərçivəsində "Azəriqaz" İB-nin şöbə rəisinin müavini İlham Mehbalıyev deyib.
Onun sözlərinə görə, hazırda 106 kənd və yaşayış massivlərində bu proqrama uyğun olaraq işlər aparılır.
“Bunlardan 4 kənd və yaşayış massivi təbii qazla təmin olunub, 38 kənd və 35 yaşayış massivində qazlaşdırma işləri aparılır, 7 yaşayış məntəqəsində və 22 yaşayış massivində işlər yekunlaşıb və texniki icra sənədləri hazırlanma prosesindədir.
Ehtimal var ki, ilin sonunadək qeyd olunan məntəqələr üzrə qazlaşma işləri başa çatdırılsın. Lakin istisna olunmur ki, təqribən 10 obyekt üzrə işlər 2023-cü ilə keçirilsin. Belə ki, Rusiya-Ukrayna münaqişəsi səbəbindən boru təminatında çətinliklər yaranıb ki, bu da tikinti işlərinin gecikməsinə ciddi təsir göstərir”, - deyə İlham Mehbalıyev əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:45 / 05.08.2022
Rusiya-Ukrayna münaqişəsi Azərbaycana boru tədarükündə çətinlik yaradıb - RƏSMİ
Hazırda oxunan: Rusiya-Ukrayna münaqişəsi Azərbaycana boru tədarükündə çətinlik yaradıb - RƏSMİ
Hazırda oxunan: Rusiya-Ukrayna münaqişəsi Azərbaycana boru tədarükündə çətinlik yaradıb - RƏSMİ
87097
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.