“ƏDV-lər və rüsumlar aşağı salınacaq” – MİLLƏT VƏKİLİ

“ƏDV-lər və rüsumlar aşağı salınacaq” – MİLLƏT VƏKİLİ

Hazırda oxunan: “ƏDV-lər və rüsumlar aşağı salınacaq” – MİLLƏT VƏKİLİ

86775

Qlobal qiymət artımı Azərbaycandan da yan keçməyəcək. 

Bu İqtisadiyyat naziri Mikayıl Cabbarovun ötən gün verdiyi açıqlamasında da etiraf olunub. İlin sonuna qədər ərzaq bazarı bu bahalaşmanı daha çox hiss edəcək. Amma burada əsas məsələ risqləri və qiymət artımını lokallaşdırmaq və minumuma endirməkdir. Çünki, bu ilin 5 ayında ölkəmizə idxal olunan məhsulların həcmi 12 milyarda yaxın olub. Bu müddətdə isə cəmi 1,5 milyardlıq qeyri-neft məhsulları ixrac etmişik.

Bu isə onu göstərir ki, istehlak məhsullarının çox böyük hissəsini xaricdən alırıq. Ona görə də qlobal qiymət artımının ölkəmizə təsiri qaçılmazdır.
 

MÖVZU İLƏ BAĞLI:

YENİLİK: 100 manatlıq alış-verişdə 3 manat 5 qəpik ƏDV - VİDEO


Millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov da hökumətin gözlənilən bahalaşma ilə bağlı atdığı addımları qeyd edib:

“Nazirlər Kabineti antiinfilyasiya tədbirləri ilə bağlı qaydalar müəyyən edib. Həmin qaydalardan biri də sahibkaralara veriləcək kredit portfelinin böyüməsi və götürülmüş kreditlərə hesablanmış faizlərin 10 faiz bəndi həcmində subsidiyaların verilməsidir. 2022-ci ilin Dövlət Büdcəsində qlobal qiymət artımının təsirlərinin azaltmaq məqsədi ilə büdcədən zəruri ərzaq məhsulları üçün 200 milyon manat vəsait ayrılıb”.

Tanınmış ekspert onu da əlavə etdi ki, idxal olunan bəzi məhsullara tətbiq olunan ƏDV və digər rüsumlara da hökümət mütəmadi olaraq baxır:

“Yəqin ki, yaxın gələcəkdə bəzi istehlak məhsullarına tətbiq olunan ƏDV-lər və rüsumlar aşağı salınacaq”.

Millət vəkili sonda onu da bildirib ki, qlobal bazarda baş verən qiymət artımının ölkəmizə məlum təsirlərinin minumuma endirilməsi üçün dövlətimizin əlində kifayət qədər imkanlar var. Ən əsası ölkəmiz kifayət qədər valyuta ehtiyatına sahibdir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO