Payızda Azərbaycanı hansı İQTİSADİ SÜRPRİZLƏR gözləyir? – Ekspert RƏYİ

Payızda Azərbaycanı hansı İQTİSADİ SÜRPRİZLƏR gözləyir? – Ekspert RƏYİ

Hazırda oxunan: Payızda Azərbaycanı hansı İQTİSADİ SÜRPRİZLƏR gözləyir? – Ekspert RƏYİ

86239

“Dayanıqlıq problemi olmasa, payız aylarında Azərbaycanı ciddi sürpriz gözləməməlidir. ÜmumiyyətləƏ 2022-ci il üçün ölkəmizdə bu istiqamətdə bütün risqsqlər sığortalanıb”.

Bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov payızda Azərbaycanı hansı iqtisadi sürprizlərin gözləyə biləcəyi və ondan sığorta variantları barədə danışarkən deyib:

“İndiki şəraitdə, Azərbaycan daxil, istənilən ölkəni iki istiqamətdə iqtisadi sürpriz gözləyə bilər. Bu hal ilk növbədə makroiqtisadiyyatı formalaşdıran hansısa bir gücə istinadın dağılması ilə özünü göstərə bilər. Belə vəziyyətdə neft qiymətlərinin sürpriz olaraq enməsilə rastlaşa bilərik. Bu halda maliyyə ehtiyatlarımız tükənər. Ancaq Azərbaycanda ondan qorunmaq üçün digər əmsal nöqtəsi də var.
 

Ölkənin maliyyə dayanıqlığı. Bu nöqteyi-nəzərdən ölkəmiz kifayət qədər elastikdir. Xarici dövlət borclarımızın ÜDM-dəki səviyyəsi sığortalanıb. Hətta ÜDM üzrə bu göstəricinin ildən-ilə azaldığının şahidi oluruq”. 


İkincisi, iqtisadi sürpriz həmsöhbətimizə görə, ərzaq təhlükəsizliyi məsələsilə bağlıdır: 

“Taxıl və bitki yağlarının qiymətinin kəskin şəkildə bahalaşması gözləniləndir. Belə olarsa, bir çox ölkələr ərzaq təhlükəsizliyi baxımından sınağa çəkiləcək. Bunun üçün artıq konkret vəziyyət formalaşıb. Azərbaycanın strateji ərzaq təhlükəsizliyi baxımından hazırlıqlı olması isə ölkəmiz üçün bu risqi aradan qaldırır. Yəni ərzaq məsələsində də hazırlıqlıyıq. Amma anbarlarda olan ehtiyatlar müəyyən bir dövrdə tükənə də bilər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO