Qarabağa Malayziya investisiyası cəlb ediləcək

Qarabağa Malayziya investisiyası cəlb ediləcək

Hazırda oxunan: Qarabağa Malayziya investisiyası cəlb ediləcək

83806

Bu gün ilk dəfə olaraq Azərbaycan və Malayziyanın xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilir. 

Bizim.Media “Bernama.com”a istinadən xəbər verir ki, Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində keçirilən məsləhətləşmələrdə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov və onun malayziyalı həmkarı Datuka Kamarudin Caffar iştirak edir. 

Məsləhətləşmələrin keçirilməsində məqsəd Azərbaycanda bərpa olunan enerjinin istehsalının artırılmasına və işğaldan azad edilmiş ərazilərə Malayziya investisiyalarının cəlb edilməsidir. 

Görüş zamanı Elnur Məmmədov həmkarına sözügedən sahələri əhatə edən 25 investisiya layihəsi təqdim edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO