SOCAR-dan benzinin bahalaşması ilə bağlı AÇIQLAMA

SOCAR-dan benzinin bahalaşması ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: SOCAR-dan benzinin bahalaşması ilə bağlı AÇIQLAMA

83506

Hazırda ölkədə istehlak olunan benzinin sadəcə 9%-i “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin payına düşür. 

Bizim.Media xəbər verir ki, bunu "SOCAR Petroleum" QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Maşın bazarında qiymətlər süni şəkildə formalaşdırılır – EKSPERT


Onun sözlərinə görə, xarici ölkələrdən Azərbaycana idxal edilən “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik baş verib:

“Dəyişikliyə əsasən, cari ilin iyul ayının 12-dən 13-nə keçən gecə "Aİ-95" premium markalı benzinin satışı 2,00 AZN-dən, "Aİ-98” markalı benzinin satışı isə 2,30 AZN-dən həyata keçirilməyə başlanıb”. 

Ü.Həbibbəyli Report.az-a bildirib ki, ötən ildən etibarən neft qiymətlərinin kəskin artımı, həmçinin dünyada baş verən inflyasiya fonunda nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə yüksəlməsi, sözügedən qiymət dəyişikliyini şərtləndirən ən böyük amillərdəndir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO