ABŞ-dan Azərbaycanda neft hasilatı ilə bağlı PROQNOZ 

ABŞ-dan Azərbaycanda neft hasilatı ilə bağlı PROQNOZ 

Hazırda oxunan: ABŞ-dan Azərbaycanda neft hasilatı ilə bağlı PROQNOZ 

83501

2022-ci ildə Azərbaycanda neft və digər maye karbohidrogen hasilatı 0,68 milyon barel/sutka səviyyəsində gözlənilir. 

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) hesabatında deyilir. Bu proqnoz əvvəlki hesabatda 0,69 milyon barel/sutka səviyyəsində idi. 

Hesabata əsasən, 2022-ci ilin birinci rübündə hasilat 0,7 milyon, ikinci rübdə isə 0,69 milyon barel/sutka barel/sutka təşkil edib. 

Trend.az-ın məlumatına görə, üçüncü və dördüncü rüblərdə hasilat müvafiq olaraq 0,68 milyon və 0,67 milyon barel/sutka səviyyəsində proqnozlaşdırılır. 

2023-ci ildə isə proqnozlara əsasən Azərbaycanda neft və maye karbohidrogen hasilatı 0,65 milyon barel/sutka olacaq. Əvvəlki hesabatda bu göstərici 0,67 milyon barel/sutka səviyyəsində idi 

Gələn il rüblük hasilat birinci rübdə 0,66 milyon, ikinci rübdə 0,65 milyon, üçüncü rübdə 0,64 milyon, dördüncü rübdə isə 0,65 milyon barel/sutka təşkil edəcək. Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda neft və maye karbohidrogen hasilatı sutkada orta hesabla 0,72 milyon barel təşkil edib. 
EIA-nın göstəricilərinə görə, 2021-ci ilin birinci, ikinci, üçüncü və dördüncü rüblərində hasilat müvafiq olaraq sutkada 0,75 milyon, 0,7 milyon, 0,71 milyon və 0,71 milyon barel/sutka təşkil edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO