"Zəngilan beynəlxalq logistika mərkəzinə çevriləcək" - RƏSMİ 

Hazırda oxunan: "Zəngilan beynəlxalq logistika mərkəzinə çevriləcək" - RƏSMİ 

83081

"Beynəlxalq nəqliyyat dəhlizi olan Zəngəzur dəhlizinin bir hissəsi Zəngilan rayonundan keçir".

Bizim.Media xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin Şuşada keçirilən müşavirəsində deyib.

Apa.az-ın məlumatına görə, Prezidentin xüsusi nümayəndəsi qeyd edib ki, bu da rayonun gələcəkdə mühüm logistika mərkəzinə çevrilməsinə köməklik edəcək:

“55,8 km-i Zəngilan ərazisindən keçən Horadiz-Ağbənd dəmir yolu xətti təxminən 2023-cü ildə, Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun 61,2 km-lik hissəsi isə təxminən 2024-cü və 2025-ci illərdə yekunlaşacaq.
Zəngilanı beynəlxalq logistika mərkəzinə çevirmək üçün 2021-ci ilin iyul ayında inşasına başlanılan Zəngilan Beynəlxalq Aeroportunun tikintisi isə bu ilin sentyabr ayında başa çatacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO