“Azərbaycan Dəmir Yolları”nda yoxlama aparılır? - AÇIQLAMA 

“Azərbaycan Dəmir Yolları”nda yoxlama aparılır? - AÇIQLAMA 

Hazırda oxunan: “Azərbaycan Dəmir Yolları”nda yoxlama aparılır? - AÇIQLAMA 

83053

Yerli KİV-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində audit yoxlaması aparılması ilə bağlı məlumatlar yayılıb. 

Bizim.Media xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “Trend.az”ın sorğusuna cavab olaraq bildirilib ki, korporativ idarəetmə standartlarına uyğun olaraq "Azərbaycan Dəmir Yolları" QSC-də Müşahidə Şurası və Audit Komitəsi formalaşdırılıb. 

"Beynəlxalq standart və milli qanunvericiliyin tələblərinə uyğun olaraq böyük dördlüyə daxil olan şirkətlərdən biri kənar audit olaraq cəlb edilib və hazırda prosesdədir.

Beynəlxalq mühasibat uçotu tələblərinə uyğun olaraq hazırlanan hesabat təsdiq olunduğu zaman ictimaiyyətə məlumat veriləcək və təşkilatın rəsmi internet səhifəsində yerləşdiriləcək", - deyə qeyd olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO