Azərbaycan qazını Bolqarıstana nəql edən kəmərin istismarına başlanılır 

Azərbaycan qazını Bolqarıstana nəql edən kəmərin istismarına başlanılır 

Hazırda oxunan: Azərbaycan qazını Bolqarıstana nəql edən kəmərin istismarına başlanılır 

82622

Azərbaycan təbii qazını Bolqarıstana nəql edilməsi üçün nəzərdə tutulan və tikintisi uzun müddət ləngiyən Yunanıstan Bolqarıstan Interkonnektoru (IGB) artıq hazırdır. 

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yunanıstanın energetika naziri Kostas Krekas bildirib. 

Onun sözlərinə görə, bu ay artıq İGB kommersiya fəaliyyətinə başlaya bilər. 

Report.az-ın məlumatına görə, o qeyd edib ki, iyulun 8-də İGB-nin Komotinidə baş tutacaq açılışında Yunanıstanın Baş naziri Kiryakos Mitsotakisin də iştirak edəcəyi nəzərdə tutulur. 

Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur.

Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazı almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. 
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO