Azərbaycan Körfəz və Avropa ölkələrinə pomidor ixrac edəcək 

Azərbaycan Körfəz və Avropa ölkələrinə pomidor ixrac edəcək 

Hazırda oxunan: Azərbaycan Körfəz və Avropa ölkələrinə pomidor ixrac edəcək 

8249

İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə pomidor istehsalı və ixracı sahəsində fəaliyyət göstərən sahibkarlarla onlayn formatda görüş keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlikdən bildirilib.

Məlumata görə, dövlət başçısının tapşırığından irəli gələn məsələlərin həlli məqsədilə AZPROMO və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbər şəxslərinin, Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri və Mərkəzi Avropa ölkələrindəki ticarət nümayəndələrinin iştirakı ilə təşkil olunmuş görüşdə ixracın şaxələndirilməsi, ixrac potensialının artırılması, satış üçün yeni prioritet bazarların araşdırılması məsələləri müzakirə edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyanın qadağan etdiyi pomidorlar Azərbaycan bazarlarında – AQTA isə susur


20-dən çox şirkətin nümayəndəsinin və 40-a yaxın fərdi sahibkarın iştirak etdiyi tədbirdə AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev ixracatçılara bu sahədə yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində İqtisadiyyat Nazirliyinin gördüyü işlər və göstəriləcək dəstək mexanizmləri barədə məlumat verib, sahibkarları bu sahənin inkişafı məqsədilə dövlət qurumları ilə sıx əməkdaşlığa dəvət edib.

Görüşdə ənənəvi bazarlarla yanaşı, Körfəz və Avropa ölkələrə satışın həyata keçirilməsi istiqamətində işlərin başlandığı bildirilib.

Sonda ölkənin müxtəlif regionlarda pomidor istehsalı sahəsində fəaliyyət göstərən ixracatçıların fikirləri dinlənilib, yeni bazarlara ixrac prosedurları ilə bağlı sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO